Bakının "Keşlə" futbol klubu heyətini gücləndirməkdə davam edir.
Kluba istinadla xəbər verilir ki, Bakı təmsilçisi seneqallı futbolçu Oumar Goudiaby ilə birillik müqavilə imzalanıb.
Qeyd edək ki, hücumçu mövqeyində oynayan futbolçunun son komandası Şimali Makedoniyanın 1-ci liqasında çıxış edən "Pelister" olub.